“Tvinninq” layihəsi çərçivəsində pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat olub

“Tvinninq” layihəsi çərçivəsində pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat olub Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində “Tvinninq” layihəsi çərçivəsində təqdimat keçirilib.
Təqdimatda ali təhsil müəssisələrinin inkişafına dəstək göstərəcək yeni akkreditasiya standartlarının sınaqdan keçirilməsi ilə bağlı pilot qiymətləndirmənin nəticələri açıqlanıb.
Qiymətləndirmə Finlandiya və Estoniyadan olan ali təhsil ekspertləri, eləcə də yerli mütəxəssislərin iştirakı ilə aprel ayında həyata keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə birgə Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tələbləri əsasında yeni qiymətləndirmə standartları hazırlanıb. Ali təhsil müəssisələrinin əməkdaşlarının özünütəhlil hesabatını hazırlamaları üçün xarici ekspertlər tərəfindən üç mərhələdən ibarət təlimlər keçirilib.
Qeyd edək ki, təqdim edilən hesabatlar pilot ali təhsil müəssisələrinin rəhbərliyi ilə müzakirə edilib, fikir və mülahizələr dinlənilib. Yeni akkreditasiya standartlarının Azərbaycan ali təhsil müəssisələrinin strateji inkişafına və keyfiyyət təminatı sisteminin yaradılmasına xidmət edəcəyi vurğulanıb.

UNEC-in Mətbuat Xidməti


“Tvinninq” layihəsi çərçivəsində pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat olub

“Tvinninq” layihəsi çərçivəsində pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat olub

Oxşar xəbərlər