DİM-də ingilis dili fənni üzrə elmi-metodiki seminar təşkil olunub

DİM-də ingilis dili fənni üzrə elmi-metodiki seminar təşkil olunub Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.
Müəllim və metodistlərin, AMEA-nın müvafiq sahə üzrə mütəxəssislərinin iştirak etdikləri seminarda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında yoxlanılması mümkün olan alt standartlar və mövzular (buraxılış imtahanlarının proqramları), “Dinləyib-anlama”, “Oxu” və “Yazı” məzmun xətti üzrə bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə dair mətn və tapşırıqlar və s. məsələlər müzakirə olunub.
Seminar DİM-in internet saytında canlı yayımlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər