Vyetnamlı alim: VI Bakı Beynəlxalq Humanitar Forumu insanları sülh və tərəqqi naminə birləşdirir

Vyetnamlı alim: VI Bakı Beynəlxalq Humanitar Forumu insanları sülh və tərəqqi naminə birləşdirir Mən Azərbaycan Dövlət Universitetinin məzunuyam. İndi onun adı dəyişdirilərək Bakı Dövlət Universiteti adlandırılıb. Riyaziyyat fakültəsində oxumuşam. Təhsil aldığım illərlə bağlı çox yaxşı xatirələrim qalıb. Vaxt sürətlə ötüb keçir. Ötən 40 il ərzində çox dəyişikliklər baş verib. İqtisadi tərəqqi, ölkə infrastrukturunun inkişafı, Bakının müasir arxitekturası güclü təəssürat oyadır. Azərbaycanda dostlarımın sayı olduqca çoxdur.
Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumunun vyetnamlı iştirakçısı, professor Thai Ba Can söyləyib.
Forumda ilk dəfə iştirak etdiyini qeyd edən qonaq deyib: “Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən olan insanları bir araya gətirən çox irimiqyaslı tədbirdir. Burada təhsil və dindən tutmuş texnoloji yeniliklərə qədər müxtəlif mövzular müzakirə edilir”.
Professor T.B.Can vurğulayıb ki, forum dünyanın hər yerindən çoxlu alim və siyasətçi cəlb edir, insanları sülh və tərəqqi naminə birləşdirir.

Tehsil-press.az



Oxşar xəbərlər