Kanadada milli lotereyanın 45,7 milyon dollarlıq cekpotu oynanılıb

Kanadada milli lotereyanın 45,7 milyon dollarlıq cekpotu oynanılıb Kanadanın "Lotto Max" milli lotereyasının 45,7 milyon dollarlıq cekpotu oynanılıb.
Bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.
Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 2,3,4,8,9,20 və 30. Bonus-rəqəm - 45".
Bildirilir ki, hazırda biletin Kanadanın mərkəzi əyalətlərindən birində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.
Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər