ADNSU-da “Beyin idarəsi və insan davranışı” mövzusunda müzakirələr aparılıb

ADNSU-da “Beyin idarəsi və insan davranışı” mövzusunda müzakirələr aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beyin idarəsi və insan davranışı” mövzusunda seminar keçirilib.
Tələbələrin iştirak etdikləri tədbirdə “Orkhanway Coaching” şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz mövzu ilə bağlı fikirlərini bölüşüb.
Seminarda “Beyin həyatımıza, yoxsa həyat beynimizə təsir göstərir”, “Toplumda hansı davranış qaydaları var”, “Beyin hissələri davranışımıza necə təsir göstərir” və digər mövzularda geniş müzakirələr aparılıb.
Sonra suallar cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər