Qeyri-adi sualtı robot yaradıldı (Vide izlə)

Qeyri-adi sualtı robot yaradıldı (Vide izlə) Norveçin “Kongsberg Maritime” şirkəti suyun altında üzən ilan formasında robot təqdim edib. Bu yenilik dəniz inspeksiyası və avadanlığın təmiri üçün nəzərdə tutulub.

“Eelume” adlı robotun yaradılmasına 10 il vaxt sərf olunub. Plana görə, sözügedən robot suyun altında tədqiqat aparan böyükölçülü və bahalı aparatları əvəz edəcək. Elastiklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində robot çətinliklə gedilə bilən obyektlərə tərəf üzə bilər. Robot məsafədən idarəetmə pultu vasitəsilə idarə olunur.
Bu robot, əsasən ərazinin monitorinqi üçün yaradılıb: bəzi sahəni işıqlandıra, gördüklərini videoya yaza və avadanlığı zədələnmə baxımından tədqiq edə bilər.



tehsil-press.az

Oxşar xəbərlər