Tvinninq layihəsi uğurla reallaşdırılır

Tvinninq layihəsi uğurla reallaşdırılır Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin idarəetmə komitəsinin növbəti iclası keçirilib.
İclasda bu qurumun Aparat rəhbərinin müavini Yaqub Piriyev, layihənin Azərbaycan üzrə rəhbəri, nazirliyin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, layihə sayəsində ölkəmizin ali təhsil sistemi Avropa ali təhsil məkanına daha da uyğunlaşacaq.
Tədbirdə layihənin digər ölkələr üzrə rəhbərləri – Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər.
Layihənin Fransa üzrə koordinatoru Liza Baydanova ötən dövr ərzində görülən işlər barədə məlumat verib, növbəti rüb üçün planlaşdırılan tədbirləri diqqətə çatdırıb.
Komitə üzvləri növbəti iclası 2019-cu ilin fevral ayında keçirməyi qərara alıblar.

Tehsil-press.az


Oxşar xəbərlər