Tramp İraqdan Almaniyaya yollandı

Tramp İraqdan Almaniyaya yollandı ABŞ prezidenti Donald Tramp həyatı yoldaşı Melaniya Trampla birlikdə İraqa qeyri-rəsmi səfərini yekunlaşdırıb.
Burada ABŞ hərbi bazasını ziyarət edərək əsgərlərlə görüşən Tramp, İraq rəsmiləri ilə görüş keçirməyib.
Lakin, onun İraq baş naziri Adil Əbdülmehdi ilə telefonda danışdığı bildirilir.
Daha sonra Tramp İraqdan ayrılaraq ABŞ-ın Almaniyadakı Hərbi Hava Qüvvələrinin bazasına gedib. Trampın təyyarəsi Almaniyada həm də yanacaq dolduracaq.

Tehsil-press.az



Oxşar xəbərlər