
İntellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
Üç turdan ibarət yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 232, 97 və 327 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Sonda qalib komandalar diplom, medal və hədiyyələrlə təltif ediliblər.
Tehsil-press.az