Məktəblilər arasında dama üzrə yarışın qalibləri mükafatlandırılıblar

Məktəblilər arasında dama üzrə yarışın qalibləri mükafatlandırılıblar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə şagirdlər arasında dama idman növü üzrə yarış keçirilib.
Yarışda Nizami rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 129, 272 və 251 nömrəli tam orta məktəblərin şagirdləri birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qaliblər medal və diplomla mükafatlandırılıblar.

Kəmalə Rəhimli


Məktəblilər arasında dama üzrə yarışın qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər