ADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblər

ADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblər Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib. Universitetin rektoru, akademik Kamal Abdulla hər iki bayram münasibətilə kollektivi təbrik edib.
Sonra universitetin təhsil fakültəsinin tələbələri Murad Əliyev, Əsmər Seyidzadə, Fidan Əliyeva, Nərgiz Məcidli, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahverən Babayev müxtəlif dillərdə mahnılar ifa ediblər.
Tədbirdən sonra universitetin tələbələri və əməkdaşları üçün bayram süfrəsi açılıb və əyləncə təşkil olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblərADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblərADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblərADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblərADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblər

Oxşar xəbərlər