«NEW YEAR STORY» tamaşası Heydər Əliyev Sarayında

«NEW YEAR STORY» tamaşası Heydər Əliyev Sarayında Dekabrın 30-da Heydər Əliyev Sarayında uşaqlarların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili "Yeni İl Nağılı" tamaşası təqdim olunur.
Simfonik orkestrin müşaiyəti ilə baş tutacaq musiqili-nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət edəcəklər.
Görəsən nağıl qəhrəmanları Yeni ili xilas edə biləcəklərmi? Qəhrəmanların dostluğu yeni nağıl yaratmağa və bütün maneələrin aradan qaldırılmasına köməklik edəcəkmi?
Musiqili-nağıl ən populyar cizgi filmlərin motivləri əsasında hazırlanıb. Yeni il şənliyində Simfonik orkestrin müşaiyəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri "Gözəl və Bədheybət", "Soyuq ürək", "Ələddin", "Pinokkio", "Mulan", "Kral Şir", "Su pərisi", "Vinni Pux" və başqalarından musiqilər səsləndiriləcək.
Cavad Tağızadənin dirijorluğu ilə keçiriləcək musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdu (Moskva).
Musiqili-nağılın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 5- 49 manat təşkil edir.
Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Tehsil-press.az



Oxşar xəbərlər