
Qiymətləndirmənin yekununda Ali Neft Məktəbinin malik olduğu ISO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiqlənib və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyə olunub.
Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 “Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” standartlarına sahib və onları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.
BANM-nin Mətbuat Xidməti