Böyük alim və pedaqoq Mehdi Mehdizadənin işıqlı xatirəsi könüllərdə yaşayır. O, daim sonsuz məhəbbət və sevgi ilə xatırlanır.
Yanvarın 18-i görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin doğum günüdür.
Təhsilimizin, elmimizin inkişafında mühüm rolu olmuş M.Mehdizadə şərəfli ömür yaşayıb. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində doğulub. Cəbrayılda pedaqoji kurs keçib, 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və bir müddət Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbdə fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.
M.Mehdizadə 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış M.Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək səmərəli fəaliyyət göstərib. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (1967) olub.
Görkəmli təhsil qurucusu və təşkilatçısı akademik M.Mehdizadə pedaqogika və təhsilə dair çoxlu sayda monoqrafiya və məqalənin müəllifidir. Onun yaxından iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət “Pedaqogika” dərs vəsaiti hazırlanaraq nəşr olunub.
Alimin elmi yaradıcılığı əsasən təlimin təşkili, dərsin qurulması və aparılması məsələlərinə, məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına həsr edilib. Onun elmi əsərlərinin bir qismi Azərbaycanda 1920-ci ilədək olan məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı pedaqoqların pedaqoji fəaliyyətinin öyrənilməsinə həsr edilib. M.Mehdizadə ilk dəfə Azərbaycanda, eləcə də bütün Qafqazda təlimin rus dilində aparıldığı məktəblərin açılmasını çar Rusiyasının siyasi məqsədləri, istilaçılıq niyyəti ilə əlaqələndirib, eyni zamanda, rus məktəblərinin mütərəqqi rolunu göstərib.
Görkəmli pedaqoqun ən böyük xidmətlərindən biri Azərbaycanda məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 20-30-cu illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən vahid əmək, politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi, kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qollarını təşkil edir.
Akademik M.Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaratmışdı. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib. M.Mehdizadə doğma Vətənə və xalqa qəlbən bağlı bir insan idi. O, millətin xoşbəxtliyini, parlaq sabahını onun təhsilində, maariflənməsində görürdü.
Səmərəli xidmətlərinə görə akademik M.Mehdizadə dəfələrlə yüksək mükafatlara layiq görülüb.
Görkəmli alim və pedaqoq M.Mehdizadə 1984-cü ildə dünyasını dəyişib. Onun nurlu xatirəsi heç zaman unudulmayacaq.
Tehsil-press.az