Bütün çevrilişlərin tək iştirakçısı: o təşkilat 72 ölkəni QANA BOYADI

Bütün çevrilişlərin tək iştirakçısı: o təşkilat 72 ölkəni QANA BOYADI Bu günlərdə dünyanın diqqəti Venesuelaya yönəldi. Neft ehtiyatlarına görə dünyada birinci yerdə olan ölkədə ikihakimiyyətlilik yaranıb. Venesuela müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo yanvarın 23-də özünü ölkənin müvəqqəti prezidenti elan edib. Nikolas Maduro Ali Məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.
Quaydonun prezidentliyinin ilk olaraq ABŞ tərəfindən tanınması ilə proseslərin haradan idarə olunduğunu dərhal ortaya qoydu. ABŞ-ın bu ölkədəki hadisələrlə bağlı mövqeyi həmçinin, onun maraqlarına qarşı çıxan ölkələrdə baş tutan çevrilişləri yada saldı. ABŞ son yüzillikdə dünyada baş verən çevrilişlərin əksəriyyətini ya birbaşa, ya da dolayısıyla dəstəkləyib, iştirakçısı olub.
Həm də, ABŞ-ın çevrilişlərə dəstək alışqanlığı yalnız yaxın coğrafiya olan Latın Amerikası ilə məhdudlaşmır, onun bu siyasəti Yaxın Şərq, Avropa və Uzaq Şərqə qan, gözyaşları və iqtisadi gerilik gətirib.
Venesuela isə ABŞ-ın bu siyasəti ilə çoxdan tanışdır. Keçmiş prezidenti Huqo Çavesin məruz qaldığı çevriliş cəhdlərində də ABŞ barmağı tez-tez xatırlanır.
Bir sıra ölkələrdə həyata keçirilən çevriliş cəhdlərində ABŞ-ın iştirakına dair faktları təqdim edir.
Venesuela: 2012-ci il aprelin 11-də ordudakı bir qrup komandir Çavesi həbs edərək bir hərbi bazaya apardı. Çaves vəzifəsinin başına qayıda bildi.
Türkiyə: Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə masasının şefi Paul Henzenin 1980-ci ildə baş verən hərbi çevriliş haqqında ABŞ prezidenti Cimmi Karterə “our boys have done it” (Bizim uşaqlar işi bitirdi) deməsi indiyə kimi hafizələrdən silinməyib. ABŞ Türkiyədə 1960, 1971, 1997 və 2016-cı illərdə də “iş başında” idi.
Çili: ABŞ 1973-cü ildə sosialist dövlət başçısı Salvador Allendenin devrilməsində rol aldı.
İran: CİA 1953-cü ildə Məhəmməd Musaddiqin devrilməsində rol aldığını 2013-cü ildə etiraf etdi.
Misir: Vaşinqton 2013-cü ilin iyulunda general Əbdülfəttah əl-Sisinin prezident Məhəmməd Mursini devirməsinə səssiz qaldı. ABŞ həmçinin 1952-ci ildə də çevrilişi dəstəkləyib.
Qvatemala: 1954-ci ildə prezident Xakobo Arbenz Guzmanı devirən CİA onun yerinə “kommunizmlə daha təsirli mübarizə aparması” üçün hərbi diktator Karlos Kastilyo Arması hakimiyyətə gətirdi.
Vyetnam: ABŞ 1963-cü ildə qarşı Vyetnam ordusu ilə birlikdə Cənubi Vyetnam dövlət başçısına çevriliş təşkil etdi.
Siyahıya aşağıdakı dövlətləri də əlavə etmək olar: Suriya (1949, 1956-1957), İndoneziya (1957–1959, 1965–1967)), Konqo (1960), Laos (1960), Dominikan Respublikası (1961), İraq (1963, 1994–2000), YunanIstan (1967), Bolivİya (1971), Haiti (1991), Ukrayna (2014).
Bütün bunlar da tam siyahı deyil. “Vaşinqton Post”un yazdığına görə, ABŞ sadəcə 1947-1989-cu illərdə diğər ölkələrin hökumətlərinin 72 dəfə çevrilişlərlə hakimiyyət uzaqlaşdırılmasını dəstəkləyib.

Ömər Dağlı

Oxşar xəbərlər