“Gəncliyin bir həftəsi”nin ikinci günü

“Gəncliyin bir həftəsi”nin ikinci günü Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr edilən “Gəncliyin bir həftəsi" adlı tədbir tələbə-könüllülərin böyük marağına səbəb olub. Belə ki, tədbirdə iştirak üçün 300-dən çox tələbə-könüllünün müraciəti qeydə alınıb.
Tədbirin ikinci günü proqramın “Öyrət” istiqaməti çərçivəsində jest və işarət dili üzrə təlimçi Turan Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupunun tələbəsi, BİR könüllü Mirgünay Bayramova tərəfindən “Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib. Sosial məsuliyyəti dəstəkləyən təlimdə 40-a yaxın tələbə-könüllü iştirak edib.
"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.
"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.
Tədbir fevralın 2-dək davam edəcək.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mətbuat Xidməti

Oxşar xəbərlər