REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında və Mingəçevir Gənclər Evinin dəstəyi ilə şəhərin 70 illik yubileyi münasibəti ilə keçirilən “Mingəçevir Kuboku” turnirində qələbə qazanan tələbələrlə görüşüb.
Rektor hər bir tələbəni uğurları münasibətilə təbrik edərək onlara elm və təhsil sahəsində nailiyyətlər arzu edib.
Humanitar məsəslələr üzrə prorektor dosent Gülsüm Fətəliyeva və tələbələr universitet rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər