
Bununla bağlı YT Parkda “Elm həftəsi”nə hazırlıq məsələləri müzakirə edilib.
YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Azərbaycan Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladıb. O, Sərəncamın icrasından irəli gələn tədbirlər çərçivəsində AMEA-da “Elm həftəsi”nin keçiriləcəyini söyləyib.
N.Şükürov daha sonra “Elm həftəsi”nin proqramı barədə məlumat verib, tədbirin yüksək səviyyədə təşkil ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.
Tehsil-press.az