Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 6 mart 2019-cu il tarixdə Trend İnformasiya Agentliyi Baş direktorunun müavini, agentliyin regional geosiyasət üzrə eksperti Arzu Nağıyevin “Regional və beynəlxalq təhlükəsizlikdə din amili” mövzusunda tələbələrlə görüşü təşkil olunub.
Elm və innovasiyalar üzrə prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, İnstitutun fəaliyyətə başladığı gündən təlim, tərbiyə, tədris işinin təşkili və həyata keçirilməsi ilə yanaşı, maarifləndirmə və təbliğat xarakterli tədbirlərə və görüşlərə xüsusi önəm verdiyini qeyd edib. A.Şirinov tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, öz persektivləri uğrunda çalışmaları, milli və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə müxtəlif maarifləndirici tədbirlərin xüsusi rol oynadığını bildirib. O, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Agentliyin regional geosiyasət üzrə eksperti Arzu Nağıyev “Regional və beynəlxalq təhlükəsizlikdə din amili” mövzusunda məruzə ilə çıxış edib.
A.Nağıyev regional və beynəlxalq təhlükəsizlik siyasəti barədə məlumat verərək, Azərbaycanın hazırda həm milli təhlükəsizlik, həm də regional və qlobal təhlükəsizlik baxımından çox mühüm işlər gördüyünü ifadə edib. O qeyd edib ki, Azərbaycan hazırda müharibə şəraitində yaşadığına görə, həm erməni terrorizminin, həm də regional baxımdan sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə gedən silahlı münaqişələrin təsirindən irəli gələn təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir.
Seminarda A.Nağıyev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Aİİ-nin Mətbuat Xidməti