
Sərginin stendləri pedaqoji, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin yerləşdiyi mərtəbələrdə hazırlanıb. Tələbələrin əl işlərindən ibarət sərgidə slavyan xalqlarının və dünya ölkələrinin mədəniyyətlərinə aid nümunələr təqdim olunub. Martın 12-dək davam edəcək sərgidə müxtəlif ölkələrin geyimləri, tələbələr tərəfindən çəkilən qadın portretləri və tablolar yer alıb.
Ölkəşünaslar klubunun sədri, II kurs tələbəsi Aysel Qaybaliyeva bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan sərgi BSU rəhbərliyi, müəllim və tələbələr tərəfindən yüksək qiymətləndirilib.
Bununla yanaşı, BSU-da klubun təşkilatçılığı ilə fləşmob keçirilib. Klubun üzvləri tərəfindən BSU-nun xanım əməkdaşlarına və tələbələrinə bayram münasibətilə əl işi olan açıqcalar paylanılıb.
BSU-nun Mətbuat Xidməti

