
Bu barədə amerikalı jurnalist Viki Uard yaxında satışa çıxacaq “Kushner Inc.” adlı kitabında qələmə alıb.
Onun iddiasına görə, hadisə Tramp prezident seçildikdən qısa müddət sonra baş verib.
Jurnalist qeyd edib ki, İvanka-Cared cütlüyü mətbuatda mənfi rəy formalaşdırdığı üçün Trampın onların Ağ Evdən uzaqlaşdırılmasını və Nyu-Yorka göndərilməsini istəyib. Uard Trampın “Onlar oyunun necə oynanıldığını bilmir” ifadəsini işlətdiyini də vurğulayıb.
Lakin, sonradan ABŞ prezidenti bu fikrindən daşınıb.
Qeyd edək ki, İvanka hazırda Ağ Evdə preizdentin məsləhətçisi vəzifəsini tutur. Kuşner isə Trampın baş məsləhətçisidir.
Tehsil-press.az