Hələlik iclasların vaxtı və gündəliyi tam məlum olmasa da, aprel ayında parlamentin hesabat xarakterli iclaslarına yekun vurulacaq.
Yəni, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı-hesabatı ilə yaz sessiyasında sonuncu - dördüncü hesabat xarakterli iclas başa çatmış olacaq.
Qeyd edək ki, yaz sessiyasında bələdiyyələrin, Ombudsmanın və hökumətin ənənəvi illik hesabatları dinlənilib və təsdiqlənib.
Aprel ayında keçiriləcək iclaslardan birində isə Milli Koordinatorun - daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun illik məlumatı-hesabatı dinləniləcək və təsdiqlənəcək.
Onu da qeyd edək ki, hesabat öncə MM-in İnsan hüquqları komitəsində müzakirə olunacaq, sonra isə plenar iclasa tövsiyə ediləcək.
Kamil HƏMZƏOĞLU