““Diqlas” yanğınına görə sabah növbəti görüş olacaq” - İcra başçısı

““Diqlas” yanğınına görə sabah növbəti görüş olacaq” - İcra başçısı "Diqlas" Ticarət Mərkəzində baş verən güclü yanğın nəticəsində zərərçəkən icarədarlarla növbəti görüş sabah keçiriləcək.
Bu barədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib. Onun sözlərinə görə, artıq "Diqlas"ın sahibkarları ilə müəyyən danışıqlar aparılıb:
"Bugünkü görüşlərdən sonra formatın daha da genişləndirilməsinə qərar verilib. Belə ki, növbəti görüşə dövlətin daha yuxarı instansiyalarının təmsilçiləri də qatılacaq. Bu görüşdə aparılan müzakirələr nəticəsində gəlinən qənaətlərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, bu gün Arif Qasımov və "Diqlas"ın administratoru Araz Rəhimov zərərçəkənlərlə görüşüb, tərəflər öz mövqelərini açıqlayıblar. İcarədarlara bildirilmişdi ki, müzakirələr davam etdiriləcək və ümumi qənaətə gəlinəcək.
İcra başçısı xüsusi olaraq vurğulamışdı ki, dövlət yanğından zərərçəkən icarədarların hüquqlarının pozulmasına imkan verməyəcək, onların yanında olacaq.

Murad Əhməd


Oxşar xəbərlər