Qərbi Kaspi Universitetində türkiyəli professorun seminarları təşkil edilib

Qərbi Kaspi Universitetində türkiyəli professorun seminarları təşkil edilib Qərbi Kaspi Universitetində türkiyəli professorun seminarları təşkil edilib.
Əsası 1972-ci ildə qoyulan Rizə Texniki Universitetinin (indiki Rəcəb Tayyip Ərdoğan Universitetinin) su məhsulları fakültəsinin professoru Əhməd Mutlu Gözlər Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimləri, daha sonra isə magistrləri üçün mühazirə oxuyub.
Müəllimlər üçün təşkil edilən mühazirə “Türkiyədə balıqçılığın və su bioresurslarının yetişdirilməsi”, magistrlər üçün mühazirə isə “Qara dənizin Türkiyə sahillərinin ekologiyası” mövzularına həsr olunub.
Qeyd edək ki, iki universitet arasında əməkdaşlıq çərçivəsində birgə ekoloji tədqiqatlar aparılır. Belə ki, “Makrobentik onurğasızların biosenozunun mövsümi dəyişkənliyi və Türkiyənin Qərbi Qara dəniz sahillərinin ekoloji keyfiyyətinin qiymətləndirilməsi (2017-2018)” mövzusundakı tədqiqatlarda hər iki ali məktəbin mütəxəssisləri iştirak edirlər.
Tədqiqatların bir hissəsi Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin təbiət elmləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərovanın rəhbərliyi altında universitetin hidrobiologiya laboratoriyasında aparılıb.
Qərbi Kaspi Universiteti və Rəcəb Tayyip Ərdoğan Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulub.

Hikmət Əliyev

Oxşar xəbərlər