İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər İraqdan olan 4 orta məktəb şagirdi Qərbi Kaspi Universitetində olub. Azərbaycanda təhsil almaq istəyən məktəblilər universiteti gəzib, ayrı-ayrı fakültələrdə, laboratoriya və mərkəzlərdə olublar.
Tehsil-press.az-n məlumatına görə, şagirdlərə Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər və son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib. Son iki il ərzində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlər, Texnoparkda qurulmuş şərait və tələbələr, eləcə də məktəblilərin iştirakı ilə həyata keçirilən innovativ layihələr iraqlı şagirdlərin marağına səbəb olub.
Xatırladaq ki, Qərbi Kaspi Universitetində 100-dən artıq xarici tələbə təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər