
Əvvəlcə tədbir iştirakçıları şəhidin fotolarından ibarət sərgi ilə yaxından tanış olublar.
Sonra şəhidin anası Ceyran Axundova çıxış edib, oğlu ilə bağlı xatirələrini bölüşüb, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
“Mən səninləyəm Ana Vətən” bədii- sənədli filminin yaradıcı heyəti də çıxış edərək çəkiliş prosesi haqqında danışıblar.
Daha sonra “Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Əbdülməcid Axundova həsr olunmuş filmin Sumqayıtda və Bakıda təqdimat mərasimi keçirilib.
Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Ekran əsərində ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti


