Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib

Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib Sumqayıt şəhər Poeziya Evində Nizami Gəncəvi adına kitabxana Klubun təşkilatçılığı ilə Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib.
Tədbirdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, şəhidin müəllimləri, yaxınları və digər qonaqlar iştirak ediblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq çıxış edib. O bildirib ki, bütün şəhidlər bizim üçün əzizdir və onların xatirəsini yad etmək bizim borcumuzdur. Belə tədbirlərin keçirilməsi şəhid ailələrinə ruh verməklə yanaşı, uşaqların və gənc nəslin vətənpərvər ruhda böyüməsinə təkan verir. Biz inanırıq ki, tezliklıə qələbə qazanmaqla onların da ruhunu sevindirəcəyik deyən idarə rəisi şəhid ailələrinə sevgi və hörmətini ifadə edib.
Daha sonra Qarabağ qazisi Rüxsarə Cumayeva, Azərbaycan Diasporunun Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov, Yazıçı publisist Aida Eyvazlı, şair əşrəf Veysəlli, şəhidin müəlliməsi Nazilə Əsgərova çıxış ediblər.
Tədbirdə kitabxananın oxucuları Nüsrət Ağazadə, Nigar Mehtiyeva, Nəzakət Rzayevanın ifasında şəhidin xatriəsinə həsr olunmuş şeirlər, o cümlədən Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin muğam üçlüyünün, gənc müğənni İlkin Əlizadənin ifası təsirli anlar yaşadıb.
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Oğlu Əbdülməcidlə qurur duyduğunu deyən Ceyran xanım onunla bağlı xatrələrini bölüşüb. Şəhid aailələrinin maddi dəstəyə deyil, daha çox mənəvi dəstəyə ehtiyacı olduğunu qeyd edən şəhid anası belə tədbirlərin keçirilməsinin onlara mənəvi ruh verdiyini bildirib.
Sonda tədbir iştirakçıları şəhid Əbdülməcid Axundovun şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə yaxından tanış olublar.
Tədbirdən sonra şəhidin məzarı ziyarət olunub.
S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbirdə Qarabağ müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, MKS-in direktoru Yeganə Əhmədova, Metodika-biblioqrafiya şöbəsinin metodisti Natəvan Axundzadə və 16 saylı məktəbin müəllimi Sevil Behbudovanın çıxışları maraqla dinlənilib, şəhidə həsr olunmuş video-çarx izlənilib.
Daha sonra kitabxananın oxucuları Tuncay Hüseynov və Tahir Rzayev şəhidlərə həsr olunmuş şeirlər ifa ediblər.
Tədbir meyxanaçı Ədalət Dağlının ifası ilə sona yetib.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin M.Ə.Rəsulzadə adına kitabxana filialı ilə birlikdə “Şərəf, qeyrət, ucalıq” adlı hərbi vətənpərvərlik mövzusunda keçirdiyi şeir müsabiqəsində Sabir Sarvan adına Poeziya klubunun üzvləri, kitabxanaları oxucuları qatılıb. Şair Namiq Dəlidağlı, gənc yazar Günel Eyvazlı, bədii qiraət ustası Nazir Rüstəm və şairə Qaratel Azəridən ibarət münsiflər heyətinin qərarına əsasən 1-ci yerə İlahə Bağıyeva, 2-ci yerə Aynur Kərimova, Zəhra Bəşirli, 3-cü yerə isə Cavidan Mirzəzadə və Fidan Cavadlı layiq görülüblər.
Uğurlü çıxışlarına görə müsabiqə iştirakçıları fəxri fərmanla təltif olunublar.
Mərkəzi Uşaq Kitabxanasında və M.Ə.Sabir adına kitabxanada da şəhid Əbdülməcid Axundov anılıb. Tədbirlərdə şəhidin xatirəsinə kitabxana oxucularının ifasında şeir nümumələri səslənib, sərgilər tərtib olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilibAprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib


Oxşar xəbərlər