Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib

Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında 2016-cı il Aprel döyüşlərində şəhid olmuş manqa komandiri Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir və xatirəsinə həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib.
Əməkdar artist Cəlal Məmmədovun aparıcılığı ilə keçən tədbirdə filmin prodüsseri Xəqani Haşımov çıxış edib, çəkiliş prosesləri, yaradıcı heyət haqqında məlumat verib.
Filmin nümayişindən sonra Sumqayıt şəhər İcra Başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, Aprel döyüşləri və Azərbaycan ordusunun qazandığı uğurlardan danışaraq bildirib ki, şəhidlər heç vaxt ölmür və heç vaxt unudulmur. Şəhid Əbdülməcidin ailəsi və yaxınları da onunla fəxr etməlidirlər.
Daha sonra şəhid polovnik Raqub Orucovun xanımı Sevinc Aqazadə çıxış edərək şəhid ailələrinin mətin və mübariz olmasının vacibliyini bildirib. Qeyd edib ki, biz göz yaşımızı silməli, Azərbaycana yeni Raqublar, Əbdülməcidlər, Şülanlar, Mübarizlər və bu kimi yeni qəhrəmanlar nəsli yetişdirməliyik.
Tədbirdə gənc müğənnilər İbrahim Fərzəliyev və İlkin Əlizadənin ifasında vətənpərvər mahnılar dinlənilib, şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitab sərgilənib, Sumqayıt Dövlət Dram Teatrın rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nizami Dadaşov şəhid Əbdülməcid Axundova həsr etdiyi portreti Ceyran Axundovaya təqdim edib.
Sonda şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək oqlu ilə bağlı xatirələrini bölüşüb, filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, vətən üçün döyüşmək və şəhid olmaq Əbdülməcidin arzusu idi. O, öz arzusuna çatıb. Onun son arzusunu isə sizlər yerinə yetirdiz. Sağlığında təntənəli ad günü keçirmək ona nəsib olmasa da bu gun sizin sayənizdə onun ruhu şaddır. Şəhidlər unudulduğu zaman ölürlər deyən şəhid anası, onlara göstərilən sevgi və diqqətə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, pradüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Bədii-sənədli filmdə ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilibSumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib

Oxşar xəbərlər