Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanların nəzərinə

Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanların nəzərinə Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında dəyişikliklər edilib.
“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi ilə əlaqədar olaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında dəyişikliklər edilib.
“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib. Həmçinin “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib.
Test imtahanı proqramları haqqında daha ətraflı məlumatla DİM-in rəsmi saytında tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər