Baş narkoloq Araz Manuçəri Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub

Baş narkoloq Araz Manuçəri  Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün narkotiklə mübarizə çərçivəsində maarifləndirmə seminarı təşkil olunub. Respublika Narkoloji Mərkəzinin direktoru, baş narkoloq Araz Manuçərinin apardığı seminarda narkomaniya ilə bağlı problemlərin ictimaiyyətin diqqətində saxlanmasının və maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Qonağı tələbələrə universitetin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov təqdim edib. Prorektor narkomaniyanın müasir dünyanı ciddi narahat edən ümumbəşəri problem olduğunu qeyd edib, narkotik vasitələrdən istifadənin fəsadları haqqında danışıb. Yusif Qasımov bu cür vasitələrin insanların həm fiziki sağlamlığına, həm də mənəviyyatına ciddi zərbələr vurduğunu bildirib və tələbələri bu bəladan uzaq durmağa, ətrafındakıları da uzaq tutmağa səsləyib. Prorektor deyib: “Biz o insanlara düşmən kimi baxmamalı, onları xəstə olaraq qəbul etməliyik”.
Baş narkoloq Araz Manuçəri tələbələrə narkomaniyanın cavanlaşmasının səbəbləri, yeniyetmələrin narkotik vasitələrdən istifadə etməsinə səbəb olan risk faktorları və onların aradan qaldırılması yolları, narkomaniyanın zahiri və davranış əlamətləri, insan orqanizmində yaratdığı fəsadlar, faciəvi nəticələri, səbəb olduğu xəstəliklər və narkotik asılılığı olan insanların müalicə prosesi haqqında danışıb.
Araz Manuçəri tələbələrə ölkəmizdə narkomaniya xəstəliyinə tutulanlar barədə statistik məlumatları da açıqlayıb, Respublika Narkoloji Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Araz Manuçəri qeyd edib ki, mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir.
İştirkçıların mövzuya dair çoxsaylı suallarını cavablandıran qonaq son dövrdə xüsusilə gənclərin çox istifadə etdiyi energetik içkilərin zərərlərindən də danışıb.
Bildirib ki, bu içkilərin tərkibində olan sintetik kofein, sintetik taurin və bu kimi maddələr asılılıq və narkotikə meyillilik yaradır.
Seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Seminar Sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə baş tutub.

İctimaiyyətlə əlaqələr şöbəsi



Baş narkoloq Araz Manuçəri  Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyubBaş narkoloq Araz Manuçəri  Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyubBaş narkoloq Araz Manuçəri  Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub

Oxşar xəbərlər