İran Səudiyyə rejimində 37 nəfərin edam olunmasını qınadı

İran Səudiyyə rejimində 37 nəfərin edam olunmasını qınadı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə rejimində 37 nəfərin boyunlarının vurularaq edam edilməsinə reaksiya verərək, ABŞ-ın buna qarşı sükutunu tənqid edib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, M.C.Zərif Twitter üzərindən verdiyi açıqlamada belə qeyd edib: “Səudiyyə rejiminin 37 nəfəri bir dəfəyə vəhşicəsinə öldürməsinə baxmayaraq, ABŞ və dünyadan səs çıxmaması ciddi təəssüf yaradır”.
M.C.Zərif açıqlamasının davamında, Con Bolton, Bin Salman, Bin Zaid və Netanyahudan ibarət dəstənin üzvlərinin hər cür cinayəti özləri üçün haqlı görmələrinin qəbul edilməz olduğunu bildirib.
Bu arada, Bəhreyndəki ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq Cəmiyyəti də Səudiyyə rejiminin 37 nəfəri edam etməsini pisləyərək, Səudiyy rejiminin tamamilə bir şər olduğunu deyib.
Qeyd edək ki, Səudiyyə rejiminin rəsmi informasiya agentliyində (SPA) gedən xəbərə görə, aprelin 23-ü Ər-Riyad, Məkkə, Mədinə, Əş-Şarqiyə, Əl-Qasım və Asir şəhərlərində “terror təşkilatı qurmaq, polis məntəqələrinə hücum etmək, təhlükəsizlik qüvvələrini öldürmək, düşmən tərəflərlə əməkdaşlıq etmək”də günahlandırılan 37 nəfər edam edilib.
Edamların Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin təsdiqləməsindən sonra kralın əmri ilə icra olunduğu bildirilib.
Xəbərdə edam edilənlərin yaşları və adlarına dair məlumat verilməsə də, hamısının Səudiyyə rejiminin vətəndaşı olduğu qeyd edilib.

Tehsil-press.az



Oxşar xəbərlər