Uçan avtomobillər gəlir – Xəyallar gerçək oldu

Uçan avtomobillər gəlir – Xəyallar gerçək oldu Əksər insanın xəyalı olan uçan avtomobillər gerçək oldu.
Xoş xəbər Cenevredən gəlib. “Pal-V” adlı ilk uçan avtomobillər “2019 Cenevre Avtomobil Sərgisi”ndə insanlara təqdim olunub. İlk dəfə sərgiyə çıxarılan avtomobil böyük marağa səbəb olub.
15 ildir istehsal mərhələsində olan “Pal-V” 3 təkərdən ibarət ilk uçan avtomobildir. Görüntüsü avtombil ilə motosikletin sintezinə bənzəyir. Avtomobilin yerdəki sürəti saatda 160 kilometrdir.

Uçan avtomobillər gəlir – Xəyallar gerçək oldu

Onun havaya qalxması üçün 330 metrlik bir təyyarə meydanına və 5 dəqiqəlik dəyişiklik müddətinə ehtiyac var. Avtomobili yerdə idarə etmək üçün sürücülük, göydə idarə etmək üçün isə pilot vəsiqəsinə ehtiyac var. Havada sürəti saatda 180 kilometrə çatan ilk uçan avtomobil yerə enmək üçün 30 metrlik yola ehtiyac duyur.
Uçan avtomobili istehsal edən Liberty Pioneers adlı firma istehsalı 2020-ci ildə tamamlağı planlaşdırır. Şirkət uçan avtomobildən cəmi 90 ədəd istehsal edəcək.

Uçan avtomobillər gəlir – Xəyallar gerçək oldu

Tehsil-press.az

Oxşar xəbərlər