“Təyyarədə bomba var” məktubu məcburi enişə səbəb oldu

“Təyyarədə bomba var” məktubu məcburi enişə səbəb oldu Romadan Çikaqoya uçan "United Airlines" aviaşirkətinə məxsus təyyarə İrlandiyanın Şennon aeroportunda məcburi eniş edib.
Buna göyərtədə laynerə bomba qoyulması haqda qeydlərin tapılması səbəb olub. Məktubu təyyarənin sanitar qovşağına yerləşdiriblər. "Boeing" 767-300-ün pilotu dərhal yaxınlıqdakı hava limanına enmək qərarına gəlib. Göyərtədə ekipaj da daxil olmaqla 214 sərnişin uçub.
Enişdən sonra sərnuşinlər təhlükəsiz yerlərə köçürülüblər, turistlər isə otellərə yerləşdirilib. Axtarışlar zamanı heç bir təhlükəli əşya tapılmayıb. Reyslər bir neçə saatlığa təxirə salınıb.

Tehsil-press.az

Oxşar xəbərlər