SON DƏQİQƏ! Şri-Lankada yenə PARTLAYIŞ oldu

SON DƏQİQƏ! Şri-Lankada yenə PARTLAYIŞ oldu Səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 40 kilometrliyində Puqoda rayonunda partlayış baş verib.
Tehsil-press.az-n məlumatına görə, ölən və yaralananlar barədə hələ məlumat yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi nəzarətə götürülüb.
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər