Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə BDU Elmi Şurasının üzvü, görkəmli kimyaçı alim, akademik Rəfiqə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra universitetin rektoru, akademik Abel Məhərrəmov İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevi Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi olması, Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadəni isə “Akademik Musa Əliyev adına” mükafata layiq görülməsi münasibətilə təbrik edib. AMEA-nın mayın 2-də keçirilmiş seçkilərində həqiqi və müxbir üzv seçilən BDU alimlərinin təbrikindən sonra iclasın gündəliyi elan edilib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasına hazırlıq haqqında məlumat verib.
Tədris Metodiki Şuranın sədri, akademik Vasif Babazadənin Şuranın bir illik fəaliyyəti haqqında hesabatından sonra “AMEA-nın professoru” elmi adı müsabiqəsinə namizədlərin irəli sürülməsi haqqında Elm və innovasiyalar üzrə prorektor , professor Aydın Kazımzadə məlumat verib.
Elmi Şurada universitetin Tədris teleradio studiyasının hazırladığı xəbərlər blokundan ibarət 9 buraxılışı əks etdirən video-çarx nümayiş etdirilib.
Sonda elmi adların verilməsi və cari məsələlərə baxılıb.

BDU-nun Mətbuat Xidməti