Azərbaycan Kooperasiya Universitetində müəllimlər üçün ingilis dilində treninqlər təşkil olunur

Azərbaycan Kooperasiya Universitetində müəllimlər üçün ingilis dilində treninqlər təşkil olunur Azərbaycan Kooperasiya Universitetində Universitetin və Guide Services şirkətinin birgə təşkilatçılığı ilə Tərcümə və Xarici dillər kafedralarının müəllimləri üçün yanvar ayından etibarən əcnəbi müəllimlərin iştirakı ilə ingilis dilində treninqlər təşkil olunur. Qeyd edək ki, bu gün keçirilən treninqdə Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor Aygün Quliyeva, adları qeyd olunan kafedraların müdirləri və müəllimlər iştirak etdilər. Belə nümunəvi ingilis dili dərslərini və treninqləri təşkil etməkdə məqsəd universitetdə çalışan müəllimlərin və ümumiyyətlə, bütün əməkdaşların xarici dil səviyyələrini daha da təkmilləşdirməkdir. Belə ki, universitetdə bu layihə ilə yanaşı tələbələr və müəllimlər üçün ödənişsiz ingilis dili kursları da təşkil olunur.

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universitetində müəllimlər üçün ingilis dilində treninqlər təşkil olunur
Azərbaycan Kooperasiya Universitetində müəllimlər üçün ingilis dilində treninqlər təşkil olunurAzərbaycan Kooperasiya Universitetində müəllimlər üçün ingilis dilində treninqlər təşkil olunurAzərbaycan Kooperasiya Universitetində müəllimlər üçün ingilis dilində treninqlər təşkil olunur

Oxşar xəbərlər