BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir Macarıstan səfiri Viktor Sederkenyi Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-nun rektoru Elçin Babayev universitetin yeni hədəflərindən danışıb, Macarıstan ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edən rektor elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu da vurğulayıb. Eyni zamanda BDU-nun 100 illik yubileyi haqqında məlumat verib, yubiley tədbirlərinin YUNESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu diqqətə çatdırıb.
Səfir universitetlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.
Görüşdə “ikili diplom”, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı məsələsi, tələbələrin Macarıstanın təqaüd proqramı ilə təminatı, tarix, arxeologiya və etnoqrafiya sahəsində birgə tədqiqatların aparılması, konfrans və seminarların təşkili, BDU-da Macar gününün keçirilməsi və V.Sederkenyinin Azərbaycan-Macarıstan, Macarıstan-NATO əməkdaşlığı haqqında mühazirə oxuması da kimi məsələlər də müzakirə edilib.

BDU-nun Mətbuat Xidməti


BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

Oxşar xəbərlər