Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi baş verib.
Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə nəticəsində binanın pilləkən qəfəsində taxtadan ibarət dolab 2 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər