İngiltərənin müdafiə naziri işdən qovuldu - “Huawei”ə məlumat ötürübmüş

İngiltərənin müdafiə naziri işdən qovuldu - “Huawei”ə məlumat ötürübmüş Böyük Britaniyanın baş naziri Tereza Mey Çinin “Huawei” telekommunikasiya şirkətinə informasiya sızdırmaqda ittiham edilən müdafiə naziri Qevin Uilyamsonu istefaya göndərib.
Britaniya hökumətinin dəftərxanasının yaydığı açıqlamada baş nazir Meyin artıq Uilyamsona güvənmədiyi vurğulanıb.
Nazir Milli Təhlükəsizlik Şurasının toplantısından məlumat sızdırmaqda günahlandırılıb. Belə ki, şuranın iclasından sonra KİV-də “Huawei” şirkətinin Böyük Britaniyada beşinci nəsil mobil rabitə sistemi yaradacağına dair məlumat getmişdi.
Uilyamsonu bu postda Penni Mordont əvəzləyəcək. Hazırda o, beynəlxalq inkişaf naziri vəzifəsini tutur.
Qeyd edək ki, Qevin Uilyamson 2017-ci ildən Müdafiə naziri postunu tutub.

Tehsil-press.az

Oxşar xəbərlər