
Tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. E.Vəliyev daha sonra tələbələrə yollarda quraşdırılan nişanların, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, təhlükəsizlik qaydalarını izah edib. Qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb.
LDU-nun Mətbuat Xidməti