Respublika üzrə Debat Forumları davam edir

Respublika üzrə Debat Forumları davam edir Bakı və 12 regiondan 1000-dən çox gənci əhatə edəcək XIX Respublika Gənclər Debat Forumu çərçivəsində gənc debatçılar regional debat forumlarını davam etdirir.
Milli Debat Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) tərəfdaşlığı ilə bu il 19-u keçirilən Respublika Gənclər Debat Forumu (RGDF) Azərbaycan Respublikası mötəbər beynalxalq tədbirlərə ev sahibliyi etməsi və 2019-cu ildə “Formula 1 Grand Prix” yarışının ölkəmizdə keçirilməsinə əsasən “Beynalxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında reallaşacaq. Forumda iştirak edən debatçılar 2 bölmə üzrə (Azərbaycan və Rus) mövzu ətrafında araşdırmalar edərək debatlar aparır.
Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Lənkəran bölgələrindən olan debatçılar Regional Debat Forumlarının həyata keçirilməsi üçün son hazırlıqları artıq tamamlayıb. Regionlarda baş tutacaq forumlar çərçivəsində turnirlər keçirildikdən sonra final oyunları baş tutacaqdır.
2010-cu ildən bəri hər il davamlı olaraq il ərzində 2 dəfə keçirilən RGDF-də 2019-cu ilin Yaz mövsümündə Bakı şəhərindən 20-dən çox ali təhsil müəssisəsi və 12 regionundan (Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam, Biləsuvar, Şirvan və Sabirabad rayon və şəhərlər) debatçılarla yanaşı paytaxt və regionlarda fəaliyyət göstərən gənclər mərkəzləri, gənclər evləri və gənclər təşkilatları da iştirak edir.
RGDF çərçivəsində keçiriləcək Bakı Gənclər Debat Forumu 18-19 May tarixlərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Daha sonra isə XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019-un final, bağlanış və mükafatlandırma mərasimi baş tutacaq.
#azdebate #dvc #dvc20 #ARGIN #RGDF2019 #RGDF19 #BGDF19

Sahib A. Gülməmmədov



Oxşar xəbərlər