YAZ SEMESTRİ İMTAHANLARININ ŞİFAHİ FORMASI LƏĞV EDİLİB

YAZ SEMESTRİ İMTAHANLARININ ŞİFAHİ FORMASI LƏĞV EDİLİB Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrində imtahanların şifahi forması ləğv edilib.
Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov mayın 14-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələri ilə görüşdə məlumat verib.
Bildirilib ki, 2016-2017-ci tədris ilinin payız və yaz semestrlərində ilk dəfə təhsil ixtisaslarında bəzi fənlərdən tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə imtahanlar şifahi formada qəbul olunub və müsbət nəticələr əldə edilib. Ona görə də müsbət təcrübəni sonrakı semestrlərdə də inkişaf etdirmək üçün universitetin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı ötən semestrdə tələbələrin biliyinin qiymətləndirilməsində fənn müəllimləri tərəfindən subyektiv meyarların əsas götürülməsi, şifahi imtahanlar üçün normativlərin tam işlənib sona çatdırılmadığı nəzərə alınaraq,başlıcası isə imtahan prosesində şəffaflığın təmin edilməsi məqsədilə 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında şifahi imtahan formasının ləğvi barədə göstəriş verilib.

GDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər