
Sənətçi gecə saatlarında şəxsi təyyarəsi ilə “Ben Guiron” hava limanına gəlib. Onu 135 nəfərlik komandası müşayiət edib. Pop ifaçısı aeroportdan birbaşa qaldığı “Dan” Hotelinə gedib. Bu məqamda bildirək ki, hotelin 5-ci mərtəbəsi tamamilə Madonna üçün ayrılıb.
Xatırladaq ki, “Eurovision”u boykot edən aksiyaçılar Madonnaya məktub ünvanlamış, sənətçinin çıxışdan imtina etməsini xahiş etmişdilər. Lakin müğənni “Musiqini siyasətə alət etməyəcəm” cavabını vermişdi.
Tehsil-press.az