Koreyanın Seul-Duksunq Universitetinin professoru Əlyazmalar İnstitutunda

Koreyanın Seul-Duksunq Universitetinin professoru Əlyazmalar İnstitutunda Koreya Respublikasının Seul-Duksunq Universitetinin fəlsəfə fakültəsinin dekanı, professor Huanq-Van Min Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Görüşdə qonağa institutun tarixi, beynəlxalq əlaqələri, əlyazmaların toplanması, mühafizəsi və bərpası barədə geniş məlumat verilib. Əlyazmalar İnstitutunun formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu da qonağın diqqətinə çatdırılıb.
Professor Huanq-Van Min institutda saxlanılan hüquq, fəlsəfə və etikaya dair əlyazma və əski çap kitabları ilə maraqlanıb. Bundan başqa, koreyalı alimə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq həmyerlimizin doğma yurd-yuvalarından didərgin düşməsi faktı diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər