
Layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir. Bu, ictimai iştirakçılıq baxımından böyük mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 min nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramının milli könüllü platforması kimi 21 mindən çox üzvü var. Tələbələrin asudə vaxtının səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətlərində fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib. Tələbələr www.konullu.edu.az saytında qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
Mətbuat Xidməti