“Təhsil” Respublika İdman Mərkəzinin illik fəaliyyəti barədə hesabat dinlənilib

“Təhsil” Respublika İdman Mərkəzinin illik fəaliyyəti barədə hesabat dinlənilib Mayın 22-də idman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə bu qurumun məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, nazirlik sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin direktorları iştirak ediblər.
Müşavirədə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini təhsil alanların sağlamlıqlarının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətinə toxunub.
F. Qurbanov şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı tövsiyələrini verib.
“Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin illik fəaliyyəti barədə hesabatla çıxış edib. O, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin fəaliyyəti, kadr potensialı, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr haqqında danışıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər