BSU-da Beynəlxalq Rus Dili Günü qeyd olunub

BSU-da Beynəlxalq Rus Dili Günü qeyd olunub Mayın 30-da Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültənin təşkilatçılığı ilə Beynəlxalq Rus Dili Gününə həsr olunmuş Kursların Debatı tələbələrarası yarış keçirilib. Yarışda Pedaqoji fakültənin rus dili müəllimliyi, təhsildə sosial-psixoloji xidmət ixtisaslarında təhsil alan I, II, III kurs tələbələrindən ibarət “Палата №6”, “Юные гении”, “Cила”, “Фортуна” komandaları iştirak edib.
Üç turdan ibarət yarışda komandalara hər turda fərqli suallar təqdim olunub. I turda 50 söz, II turda 50 söz birləşməsi iştirakçılar tərəfindən rus-Azərbaycan dillərinə tərcümə edilib. Sonuncu turda komandalardan 28 May Respublika Gününə həsr olunmuş 50 sözdən ibarət esse yazmaq tələb olunub.
Cavablar Pedaqogika və psixologiya, Rus dili və mədəniyyətlərarası kommunikasiya, Rus dili və onun tədirisi metodikası kafedralarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yarışın sonunda dörd yer üzrə qaliblər müəyyənləşdirilib. Kursların Debatında I yeri “Фортуна”, II yeri “Cила”, III yeri “Юные гении”, IV yeri “Палата №6” komandası qazanıb. Qaliblərə Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva və münsiflər heyəti tərəfindən medal və diplomlar təqdim olunub.

BSU-nun Mətbuat Xidməti


BSU-da Beynəlxalq Rus Dili Günü qeyd olunub

BSU-da Beynəlxalq Rus Dili Günü qeyd olunub

Oxşar xəbərlər