Nyu-Yorkda vertolyot göydələnə çırpıldı - Yenilənib + Video

Nyu-Yorkda vertolyot göydələnə çırpıldı - Yenilənib + Video ABŞ-ın Nyu-York şəhərinin mərkəzində vertolyot 54 mərtəbəli binaya çırpılıb.
Hadisə nəticəsində vertolyotun pilotu həyatını itirib.
“CNN”in məlumatına görə, xüsusi xidmət orqanları binada olan insanları evakuasiya edib. Qəzadan sonra baş alan yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.
**
ABŞ prezidenti Donald Tramp sözügedən hadisədən təəssüfləndiyini bildirib.
O, bu haqda Tvitter hesabında yazıb.
Ağ Ev rəhbəri xilasetmə xidmətlərə təşəkkürünü bildirib və Prezident Administrasiyasının istənilən köməyə hazır olduğunu bəyan edib.
**
Qəza nəticəsində baş verən yanğın söndürülüb. Bu haqda şəhər polisi Tvitterdə məlumat verib.





Tehsil-press.az

Oxşar xəbərlər