Zoologiya İnstitutunun gənc alimi ABŞ-da tədqiqat işi aparır

Zoologiya İnstitutunun gənc alimi ABŞ-da tədqiqat işi aparır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun protozoologiya laboratoriyasının elmi işçisi Türkan Qurbanova ABŞ-ın Vyominq Universitetinin baytarlıq şöbəsinin parazitologiya laboratoriyasında tədqiqat işi aparır.
Tədqiqat işi “Qoyunların parazitlərinin müasir vəziyyəti və epidemiologiyası” adlı birillik qrant layihəsi çərçivəsində yerinə yetirilir. Layihənin məqsədi Azərbaycan və ABŞ-da böyük təsərrüfat əhəmiyyəti olan qoyunların endoparazitlərinin müasir vəziyyətinin qiymətləndirilməsi, onların ən yeni molekulyar metodların tətbiqi ilə təyin edilməsi, parazitofaunanın müqayisəli təhlilinin aparılması və onlara qarşı müasir mübarizə tədbirlərinin hazırlanmasından ibarətdir.
Xatırladaq ki, layihə pilot xarakteri daşıyır və alınan nəticələrə əsasən genişmiqyaslı layihə şəklində yenidən işlənilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər