Zoologiya İnstitutu Çelyabinsk Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Zoologiya İnstitutu Çelyabinsk Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu ilə Çelyabinsk Dövlət Universiteti arasında birgə tədqiqatlar haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilənin məqsədi multidissiplinar tədqiqatların daha da genişləndirilməsidir.
Əməkdaşlıq çərçivəsində Rusiya ərazisində Tunc dövrünə aid “Arkaim” qoruq-muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, AMEA-nın Zoologiya və Arxeologiya institutları arasında birgə tədqiqatlar aparılması planlaşdırılır.
Hər iki qoruğun yaranması eyni dövrə təsadüf edir. Onların arasında böyük məsafə olmasına baxmayaraq hər iki yaşayış məskənində elmi-paleozooloji tədqiqatlar aparılacaq. Böyük İpək Yoluna düşən həmin yaşayış məskənlərindən tapılmış əhli və vəhşi heyvanların morfoloji göstəriciləri, həmin dövr sakinlərinin həyat tərzinin müqayisəli öyrənilməsi nəzərdə tutulur. Bu məqsədlə Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov görkəmli arxeoloq, Çelyabinsk Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Arkaim” tarixi-mədəni qoruğunun direktor müavini, tarix elmləri doktoru Gennadi Zdanoviçlə görüşüb. Görüş zamanı cari ilin oktyabr ayında Bakıda Tunc dövrünə aid yaşayış məskənlərində müqayisəli paleozooloji tədqiqat aparılması haqqında işçi seminarın keçirilməsi üçün razılıq əldə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər